Ermənistanda iqtisadi vəziyyət pisləşməkdə davam edir.
Pandemiyanın yaratdığı iqtisadi problemlər və daha sonra İkinci
Qarabağ Müharibəsinin Ermənistan iqtisadiyyatına vurduğu zərər
iqtisadi vəziyyətin pisləşməsi üçün şərait yaradır. Eyni zamanda
müharibədən sonra Ermənistanda yaranmış siyasi böhran da səmərəli
iqtisadi siyasətin aparılmasına mane olur, iqtisadi problemlərin
həllinə imkan yaratmır və iqtisadi subyektlər siyasi böhranın necə
bitəcəyini gözləyirlər. Post-müharibə dövrünün ilkin mərhələsində
Ermənistanda formalaşmış durğunluq və çaşqınlıq iqtisadi
göstəricilərin əsaslı şəkildə pisləşməsinə imkan vermirdi. Artıq
ilk mərhələ sona yaxınlaşdığından iqtisadi göstəricilərin
pisləşməsi prosesi başlamışdır və bu prosesin gələn il daha sürətlə
gedəcəyi praqnozlaşdırılır.
AzerTimes-ın məlumatına görə, Ətayə Ələmdarqızının təqdimatında
AzTV-nin “Əsas məsələ” verilişində “Azərbaycan və Ermənistan xarici
işlər nazirləri arasinda baş tutan telefon danişiği, Ermənistanda
dərinləşən iqtisadi böhran” mövzusunda aparılan müzakirələr zamanı
bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – BMTM-in baş
məsləhətçisi Vasif Hüseynov, iqtisadçi ekspert Emin Qəribli və
STM-in baş məsləhətçisi Tural İsmayilov mövzu ətrafında müzakirə
aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: