Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistanda Armavir şəhərinin sabiq meri, “Mənim şərəfim” blokundan deputatlığa namizəd Ruben Xlqatyan polis tərəfindən saxlanılıb.
AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə namizədin vəkilləri bildirib.
R.Xlqatyanın saxlanmasının səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, “Mənim şərəfim” blokuna sabiq prezident Serj Sarkisyan rəhbərlik edir.
Ermənistanda parlament seçkiləri iyunun 20-də keçiriləcək.