Ermənistanda daşqınlar zamanı itkin düşənlərdən daha birinin meyiti tapılıb.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.
“Bununla da qurbanların sayı 4 nəfərə çatıb”, – Sanosyan bildirib.
Qeyd edək ki, Ermənistanın şimal zonasında güclü yağışlardan dolayı baş verən daşqınlar ciddi fəsadlar törədib.