Ermənistanda 3,7 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Şorja kəndindən (Yerevandan 110 kilometr şərqdə) 5 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Xatırladaq ki, ötən gün yerli vaxtla saat 19:36-da Ermənistan ərazisində Göyçə gölünün yaxınlığında zəlzələ qeydə alınmışdı. Zəlzələ Azərbaycanın sərhəd bölgəsində – Qazax,Tovuz, Gədəbəy,Gəncə, Şahbuzda 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunmuşdu.