Ermənistanın Vedi (Ararat) vilayətində bu gün saat 17:30-da baş verən qəza nəticəsində erməni hərbçi Karen M. ölüb.
AzerTimes erməni mediasına istinadla xəbər verir ki, Karen M. ailəsi ilə birgə İrəvan-Arazdəyən yolu ilə gedərkən Vedi ərazisində qəzaya düşüb. Belə ki, onun idarə etdiyi VAZ 2109 yoldan çıxaraq aşıb.
Onun xanımı və iki uşağı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Karen M.-in müqaviləli hərbçi olduğu bildirilir.
Qeyd edək ki, ötən gün Araqatsotn vilayətində baş verən silahlı atışmada ölənlərdən biri – Amayak Mikaelyan da hərbçi olub.
Həmçinin ötən gün erməni əsgərlərdən biri Basarkeçər istiqamətindəki döyüş mövqeyində atəşkəsi pozarkən məhv edilib.