Ermənistanda da qızılcaya yoluxma sürətlə artır

Ermənistanda da qızılcaya yoluxma sürətlə artır

Ermənistanda qızılcaya yoluxma hallarının laboratoriya tərəfindən təsdiqlənmiş sayı 513-ə çatıb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.

“Bu həftə 4 nəfər xəstəxanaya yerləşdirilib. Artıq 336 xəstə evə buraxılıb”, – məlumatda deyilir.

Qeyd olunur ki, xəstəliyə yoluxanların 365-i uşaq, 148-i böyükdür.

Teqlər: