Ermənistanda bütün telekanalların yayımı dayandı

Ermənistanda bütün telekanalların yayımı dayandı

İrəvanda axşam saatlarında televiziya qülləsinin işığının kəsilməsi səbəbindən telekanalların yayımı dayandırılıb.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, güclü külək səbəbindən enerji kəsilməsi nəticəsində bütün radiostansiya və telekanalların yayımında problem baş verib.

Daha sonra yayım bərpa olunub.

Qeyd edək ki, İrəvanda əsən güclü külək şəhərdə bir sıra binalara, sosial obyektlərə zərər vurub.

Teqlər: