Ermənistanda bununla mübarizə aparırıq – Müvəhhidi

Ermənistanda bununla mübarizə aparırıq – Müvəhhidi

Biz Ermənistanın potensial imkanlarına görə iki ölkənin ortaq cəhətlərini və gözəlliklərini tanıtmaqla fars dilini mümkün qədər yaymağa, iranofobiya ilə mübarizə aparmağa çalışırıq.

AzerTimes xəbər verir ki, bu sözləri İranın Ermənistandakı mədəniyyət attaşesi Məhəmməd Əsədi Müvəhhidi deyib.

Müvəhhidi İranın Azərbaycanın memarlıq abidəsi olan İrəvandakı Göy məsciddə fars dilinin tədrisi üçün xüsusi imkanların olduğunu vurğulayıb.

O, həmçinin İrana daha çox turist cəlb edilməsi üçün səy göstərilməli olduğunu qeyd edib:

“Ermənistanda İrana qarşı aparılan təbliğatı neytrallaşdırmaq üçün bu addım yaxşı vasitədir”.

O bildirib ki, Ermənistana gələndən sonra 7 ay ərzində İranı daha yaxından tanıması üçün 100 adamın səfərini təşkil edib.

Teqlər: