Ermənistan hakimiyyəti 22 müxalifətçi deputatı mandatdan məhrum etməyi planlaşdırır.
AzerTimes erməni mediasına istinadən xəbər verir ki, parlament şurası bu məqsədlə Konstitusiya Məhkəməsinə müraciət etməyi planlaşdırır.
Şuranın iclasında müzakirə olunan məsələlərdən biri də “Hayastan” blokunun deputatlarının mandatlarından məhrum edilməsi olub.
Şuranın qərar layihəsində Konstitusiya Məhkəməsinə müraciət üçün tarix yanvarın 13-ü qeyd olunur.
Parlament sədrinin mətbuat katibi Sovinar Xaçatryan bildirib ki, deputatlar iclaslara gəlməmə həddini keçiblər.
“Hər bir deputat üçün ayrıca – mandatdan məhrumetmə ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edilib-edilməməsi üzrə səsvermə keçirilir”, – Xaçatryan deyib.