Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistanın Mülki Aviasiya Komitəsi “Boeing 737” təyyarəsinin qaçırılması barədə məlumatları yoxlayır.
AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Komitənin mətbuat xidməti bildirib.
Qeyd edək ki, Ermənistan baş nazirinin sabiq müşaviri Akom Çaqaryan fevralın 21-də Birləşmiş Ərəb Əmirliklərinin Mülki Aviasiya Komitəsindən Ermənistan qeydiyyat nömrəli “Boeing”in qaçırılması barədə teleqram aldığını bildirib.
Teleqramda qeyd edilib ki, Estoniyadan Yerevana gəlməli olan təyyarənin istiqaməti BƏƏ-yə dəyişdirilib. Amma təyyarə BƏƏ-yə çatmadan Tehranda eniş edib.
Hazırda təyyarənin qaçırılması ehtimalı ilə bağlı araşdırma aparılır.