Ermənistanda baş qərargah rəisinin müavini vəzifədən azad edilib

Xəbər - Orxan Nəbiyev – Trend:

Ermənistan prezidenti Armen Sarkisyan silahlı qüvvələrin baş qərargah rəisinin müavini Karen Abramyanı vəzifədən azad edib.

AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə prezident müvafiq fərman imzalayıb.

Qeyd olunur ki, rəis müavini baş nazir Nikol Paşinyanın təklifi əsasında azad edilib.

Qərarın səbəbləri ilə bağlı məlumat verilməyib.


Teqlər: