Avqustun 10-da Ermənistanın Sünik (Zəngəzur) inzibati vilayətinin Sisian şəhərində “Navasard” erməni-İran mədəniyyət və qastronomiya festivalı keçiriləcək.
Kult..az Publika.az-a istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə Ermənistan Turizm Federasiyasının prezidenti Mexak Apresyan məlumat verib. O, festivalın zəngin proqramı olduğunu bəyan edib.
“Bu, unikal regional turizm məhsuludur. Dəyişən dünya turizm bazarında turist axınını bizə istiqamətləndirən mühüm amildir. Bu tədbir mədəni irsin təbliği, mətbəxin təqdimatı və Ermənistan-İran dostluğunun nəticəsi baxımından çox önəmlidir”, – Apresyan deyib.
Sünik Turizm Komitəsinin sədri Sisian Boqosyan bəyan edib ki, İran, turistləri cəlb etmək üçün hədəf bazarlardan biridir:
“İran bizim üçün vacib bazardır, belə festivallar Ermənistanda daha maraqlı atmosfer yaratmağa və İrandan daha çox turist cəlb etməyə kömək edir. Keçən il festival üçün kifayət qədər uğurlu oldu, ziyarətçilərin sayı kifayət qədər çox idi. Bu il də eyni və daha böyük hadisəni gözləyirik. Mən İranda doğulmuşam və İran mətbəxini yaxşı tanıyıram, çox dadlı yeməkləri var. Ona görə də sizə Sisian şəhərinə baş çəkməyi və onu şəxsən sınamağı təklif edirəm”.
Festival İran mətbəxinin ləziz təamlarından əskik olmayacaq. İranın Ermənistandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Məhəmməd Əli Kian müxtəlif qastronomik və mədəni tədbirlər təşkil ediləcəyini və mütləq “qormesabzi” (göyərti, lobya, ət) və “fesenjun” (toyuq, qoz və nar pastası) yeməklərini təklif edib: “Festival üçün bizə 20 stend ayrılmışdı. Keyfiyyətli iştirakın təmin edilməsi üçün hər şeyi etdik. Biz yerli insanlara burada İran mətbəxinin də bazarının olduğunu göstərməyə çalışırıq”.
O həmçinin bildirib ki, belə bir festivalın İranda da keçirilməsi niyyətindədir və hazırda məkan və vaxt məsələsi müzakirə olunur.
Xatırladaq ki, burda İran mətbəxi kimi təqdim olunan “qormesabzi” və “fesenjun” sırf Azərbaycan mətbəxi hadisəsidir. Sözlərin etimologiyası da bunu təsdiqləyir- qormesabzi- səbzi qovurma sözünün (qovrurma sırf türk-Azərbaycan sözdür), “fesenjun” isə talış dilindən alınma “fisincan” sözünün təhrif olunmuş formasıdır. Mətbəxə aid vəsaitlərdə bu təamın Şimali İranda yarandığı göstərilir.