Ermənistanda ardıcıl iki istefa…

Ermənistanda ardıcıl iki istefa…

Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyasının sədri Qaregin Baqramyan istefa verib.

AzerTimes xəbər verir ki, bu barədə Komissiyanın mətbuat xidməti məlumat yayıb.

İstefanın səbəbləri açıqlanmır.

Baqramyan bu vəzifəni 2019-cu ildən daşıyırdı, bundan əvvəl energetika infrastrukturu və təbii sərvətlər nazirinin müavini olub.

Erməni mediası isə ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyanın da bu gün istefa verdiyini yazıb. Bildirilir ki, Vardanyanın vəzifədən getməsi Baqramyanın istefası ilə bağlıdır.

Teqlər: