Ermənistanın Geqarqunik (Göyçə) vilayətində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən məlumat verilib.
Məlumata görə, iyunun 8-də İrəvan-İcevan yolunda baş verən qəza nəticəsində 8 yaşlı uşaq da daxil olmaqla, 3 nəfər ölüb.
Komitədən bildirilib ki, “Mitsubişi Kanter” markalı yük maşını qarşı yola çıxaraq, körpüdən Razdan çayına aşıb.
Ölənlərin ər-arvad, uşağın isə onların nəvəsi olduğu bildirilib.