Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistan parlamenti hərbi xidmətdən yayınan vətəndaşların amnistiyası ilə bağlı qanun layihəsini qəbul edib.
AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklər ikinci oxunuşda qəbul edilib.
Qeyd olunur ki, dəyişikliklər ötən ilin sentyabrınadək xidmətdən yayınan əsgər və zabitlərə şamil olunacaq.
Qanuna əsasən, 5 min nəfər axtarışa verilən və 100-dən çox məhkum olunmuş şəxs amnistiyaya düşəcək.