Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistanda Rixter cədvəli ilə 5 bala yaxın zəlzələ olub.
AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, zəlzələnin episentri Yerevandan 12 kilometr məsafədə, yerin 2 kilomet dərinliyində qeyd alınıb.
Sakinlərin evlərini tərk etdiyi deyilir. Təkanlar bir neçə saniyə ərzində davam edib.
Hər hansı itki və ya fəsadlar barədə məlumat verilmir.