Ermənistanda 4,6 bal gücündə zəlzələ olub

Ermənistanda 4,6 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın
məlumatına görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən
bildiriblər.

Məlumata əsasən, yeraltı təkanların episentri Bavra kəndindən 13
km şimal-şərqdə, Gürcüstan ilə Ermənistanın sərhəd zonasında, ocağı
isə 14 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat
verilməyib.