Ermənistanda 3 prokuror eyni vaxtda istefa verdi

Ermənistanda 3 prokuror eyni vaxtda istefa verdi

Ermənistanın ikinci və üçüncü prezidentlərinin işlərinin araşdırılmasında iştirak edən prokurorlar tutduqları vəzifələrdən istefa veriblər.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, Robert Köçəryanın işi ilə məşğul olan Baş prokurorun müavini Gevorq Baqdasaryan və prokuror Petros Petrosyan, həmçinin Serj Sərkisyanın işinə nəzarət edən prokuror Arsen Martirosyan istefa verib.

Onların istefa səbəbləri barədə açıqlama verilməyib.

Teqlər: