Mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün Ermənistana təzyiq göstərilməlidir.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov dekabrın 4-də Bakıda keçirilən “Cənubi Qafqazda mina qurbanları ilə həmrəylik: Cənubi Qafqazda minaların və onların nəticələrinin ləğvi strategiyasının mühüm sütunu” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünya ölkələrinin Azərbaycandakı mina problemi ilə məlumatlandırılması beynəlxalq təşkilatların və xarici ölkələrin əməkdaşlığı ilə nəticələnməlidir:
“Çünki hazırda mina problemi ilə mübarizə Azərbaycanda əsas prioritet sahədir. Azərbaycanda minatəmizləmə üçün tələb olunan məbləğ 25 milyard dollar, son üç ildə göstərilən yardım isə 10 milyon dollardır. Bu rəqəmlər yaşanan problem qarşısında göstərilən yardımın nə qədər kiçik olduğunu görməyə kömək edir. Bu baxımdan hesab edirəm ki, beynəxalq aktorlar Azərbaycana sözügedən problemlə bağlı öz dəstəklərini artırmalıdırlar. Ermənistana mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün təzyiq göstərilməlidir. Çünki bu addım özü də Azərbaycana mina problemi ilə mübarizəyə kömək olacaq”.