Ermənistana ordu göndərilməsi üçün Makrona müraciət edildi

Ermənistana ordu göndərilməsi üçün Makrona müraciət edildi

Fransanın tanınmış simaları Fransa Silahlı Qüvvələrinin Ermənistana göndərilməsi xahişi ilə Fransa Prezidenti Emmanuel Makrona müraciət ünvanlayıblar.

AzerTimes APA-ya istinadən xəbər verir ki, yüzə yaxın tanınmış şəxs Emmanuel Makrona müraciət edərək Fransa Silahlı Qüvvələrini Ermənistana göndərməyə çağırıblar.

Onlar guya Azərbaycan tərəfindən Ermənistana hər hansı təhlükənin olduğuna dair absurd ittihamla çıxış ediblər.

Müraciəti ünvanlayanlar “bir çox fransızı və hüquq müdafiəçilərini narahat edən çox mühüm bir vəziyyətə – Ermənistanın mövcudluğu ilə bağlı vəziyyətə diqqət yetirməyi” Makrondan xahiş ediblər.

Onlar Fransa hərbçilərinin “sülhməramlı kontingent” şəklində Ermənistana göndərilməsinə çağırış ediblər.

Teqlər: