Ermənistana müşahidəçilər göndərməyə hazırıq – Lavrov

Ermənistana müşahidəçilər göndərməyə hazırıq – Lavrov

KTMT Ermənistana müşahidəçilər göndərməyə hazırdır, ancaq Kollektiv Təhlükəsizlik Şurasının qərar verməsi lazımdır.

AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Ermənistan KTMT-nin növbədənkənar sammitini çağırmağı xahiş etdikdən dərhal sonra bu zirvə baş tutub və KTMT-nin baş katibinin, Birləşmiş Qərargah rəisinin Ermənistana göndərilməsi barədə qərar qəbul edilib. Onlar Ermənistana səfər etdilər və Ermənistanın tövsiyələrini təşkilata çatdırdılar. Bu tövsiyələr bir aydan çoxdur ki, bizdədir. Bu tövsiyələr Ermənistan ərazisinə, Azərbaycanla sərhədə KTMT müşahidəçilərinin monitorinq missiyasının göndərilməsindən ibarətdir”, – S.Lavrov qeyd edib.

Teqlər: