Ermənistana missiya göndərilməlidir – Azərbaycan XİN

Ermənistana missiya göndərilməlidir – Azərbaycan XİN

Ermənistanda mədəni və dini irs obyektlərinin mühafizəsi istiqamətində həyata keçirilən konkret tədbirlər haqqında məlumatın olmaması narahatlıq doğurur.

AzerTimes xəbər verir ki, bu barədə BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin Ermənistanla bağlı dördüncü dövri hesabatının yekun rəyində deyilib.

Qeyd edək ki, sənəd nəsli kəsilməkdə olan mədəni irslə bağlı xüsusi narahatlığı ifadə edir.

Komitə dini və mədəni kimliyin qorunub saxlanması üçün bu sahədə fəaliyyət göstərən qurumların lazımi maddi təminatın olmadığını da vurğulayıb.

Sənəddə Ermənistana mədəni irs abidələrinin mühafizəsini gücləndirmək üçün lazımi tədbirlər görmək tövsiyə olunur.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT Komitəsinin sənədini şərh edərkən qeyd edib ki, bütün bunlar Ermənistanda Azərbaycanın mədəni irsinin hazırkı vəziyyətini qiymətləndirmək üçün müstəqil faktiki missiyanın göndərilməsini zəruri edir.

“Bu, Ermənistanda Azərbaycanın mədəni irsinin hazırkı vəziyyətini qiymətləndirmək üçün müstəqil faktiki missiyanın göndərilməsini həmişəkindən daha çox tələb edir”, – Elnur Məmmədov X sosial şəbəkəsində qeyd edib.

Nazir müavini xatırladıb ki, tarixən Ermənistanda azərbaycanlıların mədəni irsini silmək üçün hücumlar həyata keçirilib.

Teqlər: