Ermənistana məxsus xeyli sayda sursat, hərbi qənimət ələ keçirilib.
Trend xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan silahlı qüvvələrinin dövlət sərhəddində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlarla bağlı keçirilən brifinqdə deyib.
Nazirlik rəsmisi bildirib ki, son dövrdə baş verən erməni təxribatları bu gün daha da intensivləşib, qəfil hərbi əməliyyatlara başlanılıb: “Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur”.
O qeyd edib ki, Ermənistana məxsus xeyli sayda sursat, hərbi qənimət ələ keçirilib: “Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır”.