Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Ermənistan Respublikasına girişinə qadağa qoyulmasını şərh edib.
AzerTimes xəbər verir ki, bu barədə “İrəvan Seqodnya” məlumat yayıb.
“Bu, bizim üçün gözlənilməz oldu, Ermənistan Respublikası Milli Assambleyasının Xarici Əlaqələr Departamentinin rəhbərindən məktub aldıq. Mənə dedilər ki, səfərim arzuolunmazdır, bəyanatlarım Ermənistan Respublikasına ziddir”, – Zatulin bildirib.
Qeyd edək ki, Zatulinin cəmi üç gün sonra, oktyabrın 28-də yaratdığı “Lazarev klub”u İrəvanda çoxlu sayda ekspert, siyasətçi, analitik və jurnalisti bir araya gətirəcək “Ermənistan-Rusiya münasibətlərinin tarixi keçmişi və bu günü” mövzusunda toplantı keçirməyi planlaşdırırdı.