Ermənistana beynəlxalq təzyiqləri artıraraq mina xəritələrini verməsinə nail ola bilərik – İƏT rəsmisi

Xəbər - Elçin Mehdiyev – Trend:

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi üçün Ermənistana çağırış edə bilər.

AzerTimes-ın məlumatına görə, bunu İƏT Təmas Qrupunun nümayəndə heyətinin üzvü Mehmet Metin Eker Ağdama və Gəncəyə səfərlərinin nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin bərpa prosesi və insanların oraya qayıtması üçün ən ciddi problem ərazilərin ermənilər tərəfindən minalanmasıdır.

M.M.Eker qeyd edib ki, Ermənistan hələ də minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir.

Onun sözlərinə görə, İƏT bu yöndə bir çağırış edə bilər: “Bununla bağlı bu gün səfərin yekunları ilə bağlı hesabatın hazırlanması zamanı müzakirə aparacağıq. Ermənistana beynəlxalq təzyiqləri artıraraq onun bu xəritələri verməsinə nail ola bilərik. Biz bu məsələni gündəmdə saxlayacağıq”.

Teqlər: