Hazırda yerüstü üsuldan yeraltı qızıl hasilatı üsuluna keçid aparılan Zod (Sotk) mədənində yoxlamalar aparılır.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın Təbiəti Mühafizə və Mineral Ehtiyatlar üzrə Müfəttişlik Orqanının rəhbəri Ovannes Martirosyan deyib.
“Mədənin istismarında heç bir problem yoxdur, sadəcə olaraq, iş üsulu dəyişir. Məhz buna görə mədən işləmir. Başqa problemi yoxdur”, – o bildirib.
Martirosyan qeyd edib ki, Azərbaycanın mədənlə bağlı hərəkətlərində heç bir problem yoxdur.