Mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib.
AzerTimes xəbər verir ki, bu barədə MN məlumat yayıb.
“Ermənistan tərəfi növbəti dəfə təxribat törədərək vəziyyəti yenidən gərginləşdirir. Ordumuzda şəxsi heyət və texnika sarıdan itki yoxdur”, – məlumatda bildirilib.