Ermənistanda Zəngəzur dəhlizinin bu ölkədən keçən hissəsinin
tikintisinin başlaması məqsədilə geodeziya işlərinin keçirilməsi
üçün maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul edilib.
Trend-in
Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin ərazi
idarəetməsi və infrastruktur naziri Qnel Sanosyan deyib.
Onun sözlərinə görə, geodeziya işləri 43 kilometrlik hissəsində
aparılacaq.