Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirməlidir .
AzerTimes-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşdən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.
R.T.Ərdoğan qeyd edib ki, Zəngəzur dəhlizi bütün bölgə üçün vacib imkan yaradacaq. Orada çəkiləcək avtomobil və dəmir yol xətti bütün bölgə ölkələri üçün iqtisadi-ticari imkanlar açacaq:
“Azərbaycan bu dəhliz üçün çox geniş işlər görür. Təbii ki, Ermənistan tərəfi bu dəhlizlə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”.