Debed çayı bu yaxınlarda baş vermiş daşqından sonra Karkop kəndində (Ermənistanın Lori rayonu) quraşdırılmış müvəqqəti piyada körpüsünü yenə uçurdub.
AzerTimes xəbər verir ki, hadisə ötən gecə baş verib.
Belə ki, Debed çayında ötən gün yağan yağışlardan sonra suyun səviyyəsi yenə qalxıb və müvəqqəti körpünü aparıb.
Xatırladaq ki, mayın 26-da güclü yağışlar nəticəsində Debed (Alaverdi, Axtala rayonlarında və Gürcüstanla sərhəddə) və Ağstafa (İcevan yaxınlığında) çayları məcrasından çıxıb. Daşqın nəticəsində dörd nəfər ölüb, yüzlərlə şəxs təxliyə edilib, Lori və Tavuş bölgələrində yolların və infrastrukturun əhəmiyyətli dərəcədə dağılması qeydə alınıb.