Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Paşinyanın parlamentdəki son çıxışından sonra Ermənistandakı xaos daha da dərinləşib və artıq həmin xaos gözlə görünən səviyyədədir.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Elşən Musayev deyib.

E.Musayev bildirib ki, Ermənistanda çox ciddi siyasi və iqtisadi gərginlik var: “Nə baş nazir, nə də hökümət vəziyyəti idarə edəcək imkanda, gücdə deyil. Ağız deyəni qulaq eşitmir, xalqla hakimiyyət arasında bağ, təmas itib. Hamı bir-birini ittiham edir: İqtidar müxalifəti, müxalifət iqtidarı, generalitet siyasi qüvvələri, siyasi qüvvələr xalqı. Əlqərəz, vəziyyət yetərincə kritikdir.

Hətta xaotik durum o həddə qədər irəliləyib ki, artıq heç bir kadr dəyişikliyi, heç bir populist vəd, heç bir addım Paşinyanın və komandasının köməyinə gəlmir, dadına yetmir. Təbii, bunun da öz səbəbləri var.

Əvvəla, Ermənistan seçki ərəfəsindədir və həmin seçkiyə məğlub vəziyyətdə gedir. İkinci səbəb budur ki, Ermənistan heç bir zaman müstəqil olmayıb, müstəqil siyasət yürütməyib, həmişə onun-bunun cibində, ovcunda gizlənib, kiminsə ağzı və dili ilə danışıb. Üçüncü səbəb: Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycanın əzəli torpaqlarını işğal altında saxlamaqla əslində ən böyük yanlışı edib, özünü bütün regional layihələrdən faktiki təcrid edib, öz iqtisadi uğursuzluğunun və öz siyasi bədbəxtliyinin əsasını qoyub. Və nəhayət: Ermənistan hər zaman olduğu kimi, bu gün də siyasi lider defisiti yaşayır. Yəni, Ermənistanın siyasi elitasında bir nəfər belə müstəqil, normal, istedadlı, praqmatik namizəd, alternativ yoxdur. Ona görə də rəzil günə qalıblar”.

Deputat vurğulyıb ki, Ermənistan indiyə qədər işğalçı siyasət yürütdüyünə görə bütün qapıların kandarında qalıb, bütün dünyanın nifrətini qazanıb: “Bu gün də xislətinə, yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir: həm işğal elədiyi torpaqlardan rədd olub, müharibəni uduzub, kapitulyasiya aktını imzalayıb, həm də iqtisadi və siyasi çöküş prosesi ilə baş-başa qalıb.Üstəlik, bu proses get-gedə dərinləşir. Xaos daha da irəliləyir.

Ermənistan o qədər bədbəxt ölkədir ki, artıq onu heç kim xilas edə bilməz. Nə sahibləri, nə də idarəçiləri”.

Teqlər: