Ermənistan Müdafiə Nazirliyinin helikopteri Tavuş vilayətində baş vermiş yanğının söndürülməsinə cəlb olunub.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Avqustun 31-də günorta saatlarında İcevan şərab zavodunun yaxınlığında ot örtüyünün yanması barədə məlumat daxil olub. Sentyabrın 1-də baş vermiş 4 yanğından 3-ü söndürülüb. Hazırda 7-8 hektara yaxın ot örtüyü yanır. Hadisə yerinə 1 helikopter və 102 yanğınsöndürən və xilasedici cəlb olunub”, – məlumatda deyilir.