Bu gün İrəvanda Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Ermənistan Xorvatiyanı qəbul edib.
AzerTimes xəbər verir ki, qarşılaşma zamanı yenə də ənənəvi erməni təxribatı baş verib. Belə ki, terrorçu-ermənilər meydana üzərində separatçıların əski parçası olan dron buraxıblar.
Bu, futbol matçlarında ermənilərin törətdikləri ilk təxribat deyil. Onlar hər qarşılaşmada belə təxribata əl atırlar. Amma maraqlıdır ki, Türkiyə-Ermənistan oyununda stadiona Azərbaycan bayrağının buraxılmasını qadağan edən UEFA bunu görmür və eşitmir.
Yəqin ki, kor və kardır UEFA.