Ermənistan Xarici İşlər Nazirliyi İranın Kirman şəhərində 100-dən çox insanın ölümü ilə nəticələnən partlayışlar xəbərindən şoka düşüb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan XİN-in X sosial şəbəkəsindəki səhifəsində yazılıb.
Qeyd edək ki, bu gün İranın Kirman şəhərində general Qasım Süleymaninin anım mərasimi zamanı ard-arda iki partlayış baş verib. Partlayışlar nəticəsində 103 nəfər ölüb, 211 nəfər yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir.
Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.