Ermənistan XİN “Qarabağ problemi” bölməsini sildi

Ermənistan XİN “Qarabağ problemi” bölməsini sildi

Ermənistan Xarici İşlər Nazirliyinin saytında həmişə “Dağlıq Qarabağ problemi” bölməsi olub. O, erməni, rus, ingilis və fransız dillərində mövcud idi. Bu səhifə indi bütün versiyalarından silinib.

AzerTimes xəbər verir ki, bu barədə politoloq Sergey Melkonyan sosial şəbəkə hesabında yazıb.

“Əgər bu texniki səhv deyilsə (buna şübhə edirəm), o zaman Ermənistan artıq texniki və rəsmi olaraq Azərbaycanla həmrəydir: “Dağlıq Qarabağ problemi artıq mövcud deyil”, – o qeyd edib.

Teqlər: