Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistan Xarici İşlər Nazirliyi (XİN) iflasla üz-üzədir.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkə parlamentinin deputatı Taqui Tovmasyan deyib.
Deputat bildirib ki, Ermənistan xarici işlər nazirinin bütün müavinləri istefa verib: “Bu o deməkdir ki, bizim XİN iflasla üz-üzə dayanıb. XİN-i təmsil etməyə heç kim yoxdur”.