Təbrizdə Ermənistanın baş konsulluğunun nə vaxt açılacağı ilə bağlı hələlik məlumat yoxdur.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan XİN “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirib.
“Hazırda Təbrizdə Baş Konsulluğun açılması üçün hazırlıq işləri aparılır”, – məlumatda deyilir.
Qeyd edək ki, Ermənistan 2024-cü ilin aprelində Təbrizdə baş konsulluğun açılmasına dair qərarı təsdiqləyib. Hətta baş konsulun maaşı 2565 dollar dəyərində olacağı müəyyənləşdirilib.