Ermənistan xəstəxanalarında koronavirus xəstələri üçün 100-dən də az yer qalıb – Nazir

Xəbər - Orxan Nəbiyev – Trend:

Ermənistanda son sutka ərzində 748 nəfər koronavirusa yoluxub.

AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin səhiyyə naziri Anait Avanesyan deyib.

O bildirib ki, Ermənistanda koronavirus pandemiyası ilə bağlı vəziyyət kəskin pisləşib:


“Ölkədə 6 772 koronavirus xəstəsi var. Onlardan 901 nəfəri xəstəxanalarda müalicə olunur. Hazırda xəstəxanalarda koronavirus xəstələri üçün 100-dən də az yer qalıb”.

Teqlər: