Ermənistan xalqı Xameneiyə minnətdardır – Qalestyan

Ermənistan xalqı Xameneiyə minnətdardır – Qalestyan

Ermənistan xalqı Əli Xaməneiyə dəstəyinə görə minnətdardır.

AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin üzvü Lillet Qalestian İRNA-ya müsahibəsində deyib.

“Cəsarətlə deyə bilərəm ki, İran rəhbərinin erməni xalqının təhlükəsizliyi və sərhədlərin dəyişməzliyi ilə bağlı verdiyi bəyanatlar mənəvi baxımdan erməni xalqı üçün çox əhəmiyyətlidir. İran və Ermənistan arasındakı münasibətlər iki qonşu ölkə arasında çoxillik mədəni, siyasi və tarixi bağlılıq ilə yanaşı, iki xalqın mənəvi və düşüncə ortaqlığı əsasındadır. Unutmayaq ki, 2020-ci ildə 44 günlük müharibədən sonra Cənubi Qafqazda qüvvələr balansı pozulub. Son 2-3 ildə bir çox dövlət Ermənistanın suverenliyi və ərazi bütövlüyündən danışsa da, erməni xalqının fikrincə, İran İslam Respublikasının lideri dəfələrlə xalqın təhlükəsizliyini və sərhədlərin dəyişməzliyini bəyan dib ki, bu da mənəvi baxımdan Ermənistan xalqı üçün daha vacib olub”, – Qalestyan deyib.

Ermənistan parlamentinin üzvü həmçinin keçirilən rəy sorğusunda İranın ABŞ və Fransa ilə birgə ermənilərin dostları sırasında olduğunu xatırladıb.

Teqlər: