Ermənistan və İran Laçına hücuma hazırlaşır

Ermənistan və İran Laçına hücuma hazırlaşır

Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə Haqqın.az diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, təxribatın hazırlanması və həyata keçirilməsində SEPAH-ın 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək:

“Hazırda SEPAH-ın etnik azərbaycanlılardan təşkil olunmuş xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik (Zəngəzur) rayonunda yerləşib və burada Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti hazırlıq işləri aparır.

Əməliyyat qrupunun rəhbəri adı Azərbaycan hökumətinə məlum olan SEPAH generalıdır. Bu adam uzun müddət Suriyada xidmət edib, burada yerli hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib. Azərbaycan tərəfində bölmə komandirləri və hətta SEPAH-ın diversiya qrupunun bəzi üzvləri haqqında dəqiq məlumatlar var”.

İddia olunur ki, təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırır:

“Azərbaycan ordusunun postlarından birinə ilk hücumu Ermənistan Silahlı Qüvvələrinin formasında olan bir qrup hərbçi həyata keçirəcək.

Azərbaycan ordusunun əsgərləri şəklində olan ikinci qrup isə erməni postlarından birinə hücum edərək orada yerləşən bütün əsgərləri məhv edəcək. Eyni zamanda, erməni əsgərlərinin öldürülməsi səhnələri, eləcə də Azərbaycan dilində danışıq videosu çəkiləcək”.

Məlumata görə, bu təxribatlara cavab olaraq Sünik (Zəngəzur) rayonu ərazisinə SEPAH-ın əlavə bölmələri cəlb oluna və Azərbaycan ordusunun post və mövqelərinə hücumlar həyata keçirilə bilər. Bu əməliyyatda İranın “Şahid” kamikadze pilotsuz təyyarələrindən istifadə edilməsi mümkündür:

“Planlaşdırılan təxribatın əsas məqsədi Azərbaycanın növbəti “təcavüz aktı” və Azərbaycan ordusunun “vəhşilikləri” ilə bağlı AB missiyası üçün sübutlar toplamaq, habelə beynəlxalq aləmdə Bakıya qarşı növbəti təbliğat kampaniyası təşkil etməkdir. Bundan əlavə, sərhəddə planlaşdırılan təxribat İran silahlı qüvvələrinin Ermənistan ərazisinə daxil olması üçün hüquqi baza yaratmalıdır.

Bu baxımdan, 2022-ci ilin sentyabrında Azərbaycanı İran-Ermənistan sərhədinə nəzarəti ələ keçirmək niyyətində ittiham edən Ermənistan xarici işlər nazirinin müavininin bəyanatını xatırlatmaq yerinə düşər ki, bu da İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə səbəb olub.

Ötən ilin ortalarında 30 iranlının Laçın yolu ilə Qarabağa gəldiyi və indi də orada olması faktlarla da sübut olunur. Sonrakı araşdırma onların da SEPAH ilə əlaqəli olduğunu təsdiqləyib”.

Qeyd etmək lazımdır ki, Azərbaycana qarşı silahlı təxribat törətmək üçün vaxt təsadüfi seçilməyib. Göründüyü kimi, Ermənistan və İran hesab edir ki, ötən gün baş verən dəhşətli zəlzələdən sağ çıxan və daxili problemlərin həllində iştirak edən Türkiyə vəziyyətə lazımi şəkildə müdaxilə edə bilməyəcək. Ona görə də Azərbaycana qarşı çoxdan planlaşdırılan hərbi əməliyyatlar keçirmək üçün əlverişli şansdan istifadə etməyə çalışırlar.

Teqlər: