Xəbər - Elçin Mehdiyev – Trend:
Ermənistan minalanmış ərazilərimizin xəritələrini verməməklə uzun illər ərzində ölkəmizə qarşı həyata keçirdiyi hərbi cinayətləri bu gün də davam etdirir.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litva xarici işlər naziri Gabrielius Landsbergis ilə birgə mətbuat konfransında deyib.
C.Bayramov bildirib ki, bu məsələ ilə bağlı məlumat litvalı həmkarının diqqətinə də çatdırılıb: Nazir vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində insanlar həlak olur və yaralanır: “Bu statistika gündəlik olaraq dəyişir. 10 noyabrdan sonra mina partlayışları nəticəsində 22 nəfər həlak olub, 100 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu məsələlərlə bağlı Ermənistana təzyiq artırılmalıdır və beynəlxalq təşkilatlar, dünya dövlətləri Ermənistana səssiz qalmamalıdır”.