Ermənistan-Türkiyə matçına bütün biletlər satıldı

Ermənistan-Türkiyə matçına bütün biletlər satıldı

2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Ermənistan – Türkiyə oyununa bütün biletlər satılıb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Oyun martın 25-də Vazgen Sərkisyan adına “Respublika” stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

Qeyd edək ki, UEFA-nın qərarına əsasən, qonaq azarkeşlər matçda iştirak etməyəcək.

Teqlər: