Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır.
AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib: “Biz bu açıqlamalarda Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasının, avtomobil və dəmiryol əlaqələrinin bərpasının müzakirəsi üçün imkanlar görürük”.
N.Paşinyan əlavə edib ki, Rusiya da öz növbəsində bu prosesdə kömək göstərməyə hazır olduğunu, eləcə də Avropa İttifaqı ölkələri və ABŞ bu prosesdə maraqlı olduğunu bildirib.