Ermənistan Türkiyə ilə münasibətləri tənzimləməyə hazırdır – Ermənistan XİN

Xəbər - Orxan Nəbiyev – Trend:

Ermənistan hökuməti Rusiya tərəfini Türkiyə ilə münasibətləri ilkin şərtlər olmadan tənzimləməyə hazır olduğu barədə məlumatlandırıb.

Trend-in məlumatına görə, bunu TASS agentliyinə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib.

Onun sözlərinə görə, Rusiya da bu prosesi dəstəkləməyə hazır olduğunu bildirib.

O, əlavə edib ki, hazırda tərəflər arasında hər hansı bir danışıqlar aparılmır.

Teqlər: