Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistan Türkiyə ilə münasibətləri mərhələli şəkildə tənzimləməyə, eləcə də iki ölkə nümayəndələri arasında yüksək səviyyədə görüşlərə hazırdır.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O, regionda sülhün təmin olunmasının vacibliyini vurğulayıb: “Məhz bu kontekstdə biz Türkiyə ilə münasibətləri tənzimləməyə hazırıq. Bu baxımdan tənzimlənmə imkanlarından biri olaraq ali və yüksək səviyyədə görüşlərin təşkil olunmasını vacib hesab edirik”.