2023-cü ilin yanvar-noyabr aylarında (11 ay ərzində) ölkəyə 2,2 milyon turist səfər edib. Bu, bizim maksimum rəqəmimizdir.
AzerTimes xəbər verir ki, bu sözləri “Visit Armenia” turizm şirkətinin direktoru Vladimir Gevorkyan deyib.
Buna baxmayaraq, o bildirib ki, söhbət mütəşəkkil turizmdən getmir:
“Turistlərin əksəriyyəti etnik ermənidir. Onların çoxu şəxsi səfərə, qohumlarını ziyarətə gəlir, bəziləri isə bir neçə günlük evinə qayıdır”.
Gevorkyan qeyd edib ki, mütəşəkkil turizm nöqteyi-nəzərindən bu ziyarətçilər turizm şirkətlərinin müştəriləri deyil və qazanc vermirlər.
Qeyd edək ki, Azərbaycana 2023-cü ilin 11 ayı ərzində 1 milyon 893 min nəfər olub. Bu statistikaya azərbaycanlıların da daxil edilib-edilmədiyi haqda məlumat verilməyib.