Ermənistana məxsus humanitar yük daşıyan TIR-lar Türkiyə ərazisinə daxil olub.
AzerTimes xəbər verir ki, bu barədə görüntülər də yayılıb.
Qeyd edək ki, bu gün Ermənistan-Türkiyə sərhədinin açıldığı barədə xəbər yayılmışdı. Bundan əlavə, Türkiyədəki zəlzələdən sonra Ermənistan 57 nəfərlik xilasedici dəstə və humanitar yardım göndərib.