Məlumat verildiyi kimi, aprel ayının 23-də Azərbaycan-Ermənistan
dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində
Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən
Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin
qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur edilmişlər.
Dövlət Sərhəd Xidmətindən AzerTimes-a verilən məlumata görə, Ermənistan Silahlı
Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu
Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları
tərəfindən saxlanılıb.
Əməliyyat şəraiti nəzarətdə saxlanılır.