Ermənistan hakimiyyəti Laçın şəhərindən yan keçən yolun Ermənistan hissəsinin tikintisinə başlanılacağı təsdiqləyib.
AzerTimes xəbər verir ki, bu barədə Ərazi İdarəetmə və İnfrastuktur Nazirliyinin saytında bildirilib.
“M-12 (Tex-Kornidzor) avtoyolunun rekonstruksiyasına 2022-ci ilin avqustunda başlanacaq”, – məlumatda vurğulanıb.
Bu, Laçın yolunun alternatividir.