Ermənistan terror cinayətlərinə görə hökmən cavab verəcək – Sahil Kərimli

Erməni terroru davam edir. Düşmən hərbi cinayətlərindən əl çəkmir. Bu dəfə jurnalist həmkarlarımızı itirdik. İki media nümayəndəsi erməni terrorçu dəstələrinin basdırdığı minaya düşərək həlak oldu. Bu, bir faciədir.

Əslində, Azərbaycan dövləti və xalqı tarixən erməni terrorunun, qanlı soyqırımıların qurbanına çevrilib. Birinci Qarabağ müharibəsi dövründə, 30 illik işğal zamanı, həmçinin 44 günlük Vətən Müharibəsi günlərində biz olduqca təhlükəli və quldur düşmənin vəhşi cinayətləri ilə üz-üzə qalmışıq. Kütləvi soyqırımılar, etnik təmizləmə, yandırılmış ərazilər, məhv edilmiş tarixi izlər, dinc yaşayış məntəqlərinin bombalanması və hələ də davam edən mina terroru…

Həmkarlarımızın faciəli ölümü bizi dərindən sarsıdır, hiddətləndirir, amma bir o qədər də mətin, əzmkar, dəyanətli edir. Dünya ictimaiyətindən, beynəlxalq təşkilatlardan, xüsusilə də jurnalist hüquqlarının müdfiəsi ilə məşğul olan qurumlardan sərt mövqe gözləyirik. Ermənistan bütün hərbi cinayətlərinə görə cavab verməlidir.

44 günlük Vətən müharibəsi nəticəsində döyüş meydanlarında darmadağın edilən Ermənistan imzaladığı kapitulyasiya aktından sonra minalanmış ərazilərin xərtələrini Azərbaycana verməli idi. Amma bu gün işğalçı Ermənistan nəinki xəritələri təqdim edir, əksinə, terrorçu diversiya qrupları vasitəsilə ərazilərimizi yenidən minalayır. Bu, bütün beynəlxalq qanunların qəsdən və həyasızcasına pozulması ilə yanaşı, həm də birbaşa hərbi cinayətdir, terrorçuluğun ən bariz göstəricisidir. Bu, insanlığa qarşı yönəlmiş qatı cianyətdir. Məqsəd daha çox mülki şəxsin qətlə yetirilməsi, azad edilmiş ərazilərimizin bərpasına mane olmaq, soydaşlarımızın öz doğma yurdlarına qayıdışını əngəlləməkdir.
Ermənistanın hərbi təcüvüzü davam edir. Azərbaycan xalqı işğalçı ölkənin növbəti müharibə cinayətləri ilə üz-üzədir. İki həmkarımızın vəhşicəsinə qətlə yetirilməsi bu mənfur cianyətin davamıdır. Ermənistan bu dəfə dünyanın gözü qarşısında media nümayəndələrinə qarşı cinayət törətdi. Bunun adı media terrorudur. Bütün dünya bir daha görsün ki, erməni terrorçuluğu sərhəd tanımır. Bu siyasətin qurbanı təkcə hərbçilərimiz və mülki şəxslərimiz yox, həm də vəzifə səlahiyyətlərini həyata keçirən KİV nümayəndələridir.

Ermənistanın darmadağın olmuş, ağır məğlubiyyətin şokundan başını itirmiş hərbi-siaysi rəhbərliyi bu cinayətlərin cəzasını cəkəcək. Unutmasınlar, “Dəmir Yumruq” yerindədir. Əgər Azərbaycan növbəti zərbəni endirsə, bu dəfə Ermənistan bir dövlət kimi tamamilə məhv olacaq.

Sahil Kərimli,
Trend BİA-nın Baş redaktor müavini

Teqlər: